Bakıda 160 minlik “BMW” aşıb - FOTO
Qəzalar 12 May 2019 10:34 4794 dəfə oxunub
Bakıda 160 minlik “BMW” aşıb - FOTO
Qəzanın dəqiq hansı şəraitdə baş verdiyi məlum deyil

Ötən gün Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, sürətlə hərəkətdə olan "M5 Competition Package" markalı avtomobil döngəyə sərt girərək idarəetmədən çıxıb və nəticədə aşıb.

Qəzanın dəqiq hansı şəraitdə baş verdiyi məlum deyil.

Hadisənin şəkilləri sosial şəbəkələrdə yayılıb.

"M5 Competition Package" yeni nəsil "BMW M5" avtomobillərdəndir. O, 3,3 saniyəyə 100 km/saat sürət yığmaq imkanına malikdir. Qiyməti 160 min dollar civarındadır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh