Azərbaycanda polis həmkarını GÜLLƏLƏDİ
Yol polisi 13 May 2019 15:38 756 dəfə oxunub
Azərbaycanda polis həmkarını GÜLLƏLƏDİ
“Makarov” markalı silahla ehtiyatsız davranması nəticəsində atəş açıb

Daşkəsən Rayon Polis Şöbəsində polis ehtiyatsızlıqdan öz həmkarını güllələyib. Avtosfer.az ONA-ya istinadən xəbər verir ki, hadisə şöbənin silah otağında qeydə alınıb. Polis serjantı, 1996-cı il təvəllüdlü Şamxal Mikayılzadə “Makarov” markalı silahla ehtiyatsız davranması nəticəsində atəş açıb və güllə onun həmkarı, polis serjantı, 1993-cü il təvəllüdlü Ceyhun Həsənovun ayağına dəyib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh