Azərbaycanda nüfuzlu Mercedes Trophy turniri keçirildi - FOTO

Yarışma 13 May 2019 16:15 Oxunub 1802
Azərbaycanda nüfuzlu Mercedes Trophy turniri keçirildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qolf sahəsində beynəlxalq səviyyəli hadisə baş tutdu

Mayın 5-də Azərbaycanda qolf sahəsində beynəlxalq səviyyəli hadisə baş tutdu – nüfuzlu MercedesTrophy turniri keçirildi.  Azərbaycanda “AvtoKapital-Azərbaycan” şirkətinin dəstəyi ilə  keçirilən bu tədbir beynəlxalq status almış və daha nüfuzlu beynəlxalq həvəskar qolf-turnirin rəsmi təqviminə daxil olub. 
MercedesTrophy sayəsində Mercedes-Benz brendinin minlərlə pərəstişkarı avtomobillərə olan coşqusunu bölüşmək və əyləncəli qolf oynamaq üçün bir yerə yığışır. İlk dəfə olaraq bu nüfuzlu turnirdə qaliblər komandası Azərbaycanı təmsil edəcək.
MercedesTrophy – 1989-cu ildən Daimler AG tərəfindən keçirilən amator qolf turnirlər seriyasıdır. MercedesTrophy finalı hər il Ştutqartda keçirilir və burada 25-35 ölkədən gəlmiş oyunçular iştirak edir. MercedesTrophy-nin müxtəlif səviyyəli  turnirlərinin iştirakçılarının dünya üzrə ümumi sayı 60 000 nəfərə qədər təşkil edir. MercedesTrophy nəinki idman yarışı, o həm də brendin pərəstişkarları üçün beynəlxalq kommunikasiya platformasıdır. 
Tədbir zamanı qonaqlar “Qolf məktəbi”ndə tədris keçmək və Mercedes-Benz-in ən aktual modellərinin testini keçmək imkanı əldə etmişlər: komfortlu V-Class, qəşəng E-Class, və əlbəttə, yeni, dəbdəbəli GLE yolsuzluq avtomobili. Mercedes-Benz avtomobillərinin sahibləri, həmçinin dəvət olunan qonaqlar müxtəlif kateqoriyalarda: A Qrupu (0 – 18.4), B Qrupu (18.5 – 36.0) və C Qrupu (0 – 36.0) mübarizə aparıb.
A Qrupu kateqoriyasında qalib – Vilyam Blamçard 39 xal toplayıb, ikinci yerə Devid Seo və Kennet Lemley layiq görülüb. Onların hər biri 36 xal toplayıb. B Qrupunun qalibi 36 xal toplamış Elxan Rzayev olub. İkinci yerə Andrey Yankovski, üçüncü yerə Azzubair Caed çıxıblar. C Qrupu ən böyük qrup olduğundan qalib 41 xal, ikinci yerin sahibi Daq Andre Moen 39 xal, üçüncü yerin sahibi Reymond İrvinq 36 xal toplayıb. 
Ən uzaq zərbələri Yevgeni Epifanov və Nəbi Əfəndi vurublar. Bayrağa ən yaxın zərbələr isə Tomas Brayen və Endryu Holston tərəfindən vurulub.
Tədbirin tərəfdaşları Mybrands mağazalar şəbəkəsidir. Qeyd edək ki, 20 il ərzində Mybrands paytaxt sakinlərini üslublu və keyfiyyətli brendlərlə sevindirir. Şəbəkəyə həmçinin, Tommy Hilfiger, Lacoste, United Colors of Benetton, Sisley, Accessorize, Monsoon, Tara Jarmon, Liu Jo, Coccinelle, Coast, Bebe, Monnalisa, Pablosky, adL, Adidas kimi dünyaca məşhur brendlər daxildir. Şəbəkənin əsas məqsədi – üslüblu, keyfiyyətli, əlçatan.
 Mercedes-Benz şirkəti MercedesTrophy turnirinin bütün iştirakşılarına, sponsorlarına və tərəfdaşlarına minnətdarlığını bildirir və MercedesTrophy Azərbaycan 2019-un qalib komandasına Bolqarıstanda iyunun 21-dən 23-nə qədər keçiriləcək regional finalda qələbə arzulayır. Azərbaycanın komandası Ştutqartda oktyabr ayında MercedesTrophy The World Final-da final uğrunda mübarizə aparacaq.
 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh