“Səhvlərinin cəzasını başqalarına ödətmə” adlı videoçarx hazırlanıb - VİDEO
Öyrənək 13 May 2019 17:25 1009 dəfə oxunub
“Səhvlərinin cəzasını başqalarına ödətmə” adlı videoçarx hazırlanıb - VİDEO
Məqsəd təhlükəsiz nəqliyyat mühiti üçün müsbət mədəni dəyişikliklər yaratmaqdır

Bakı Nəqliyyat Agentliyi təhlükəsiz nəqliyyat mühitinin formalaşdırılmasında insanların düzgün maarifləndirilməsinin vacibliyini nəzərə alaraq, başlanılan “Yol həyatdır” layihəsi davam edir. Avtosfer.az xəbər verir ki, layihə çərçivəsində hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə “Səhvlərinin cəzasını başqalarına ödətmə” adlı ilk videoçarx hazırlanıb. Məlumat üçün bildirək ki, “Yol həyatdır” sosial layihəsinin məqsədi, piyada və sərnişinlərin yol hərəkəti qaydalarına əməl etməsi sahəsində maarifləndirmə işlərinin aparılması, Bakı şəhərində xoşagəlməz yol-nəqliyyat hadisələrinin sayının minumuma endirilməsi və paytaxt sakinləri arasında təhlükəsiz nəqliyyat mühiti üçün müsbət mədəni dəyişikliklər yaratmaqdır.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh