"Fahişə belə bu hərəkəti eləməz, amma bizim "zapravka"lar edir" - YDM-lər sürücülərə ziyan vurur

Yazarlar 15 May 2019 13:55 Oxunub 3447
"Fahişə belə bu hərəkəti eləməz, amma bizim "zapravka"lar edir" - YDM-lər sürücülərə ziyan vurur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Energetika və İqtisadiyyat nazirlikləri isə şirin yuxuda yatırlar...

Bütün yanacaqdoldurma məntəqələri sürücüləri aldadır, ziyan vurur, amma heç kim cəzalandırılmır. Bu sahə nəzarətsiz qalıb deyəsən. Benzini az vururlar, yanacağa zir-zibil qatıb maşını dağıdırlar. Fahişə belə bu hərəkəti eləməz, amma bizim YDM-lər edir. Hər şeyini pula satanlar hətta adamın üzünə dirənib 55 litr tutumu olan yanacaq çəninə 60 litr soxuşdurub evlərinə çörək aparırlar.

Energetika və İqtisadiyyat nazirlikləri isə şirin yuxuda yatırlar...

Bu məsələ mediada və telekanallarda müxtəlif səviyyələrdə dəfələrlə qınanılsa da gerçəkdən yuxarıda adı çəkilən qurumlar və hüquq-mühafizə orqanları "susmaq qızıldır" prinsipindən imtina etmirlər...

 

Elməddin Muradlı,

Avtosfer.az saytının rəhbəri, nəqliyyat üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh