Qəzaya düşmüş avtomobildən 1 milyon avro aşkarlandı
Gündəm 15 May 2019 18:25 915 dəfə oxunub
Qəzaya düşmüş avtomobildən 1 milyon avro aşkarlandı
Sürücünün narkotik maddə və içki qəbul etdiyi məlum olub

İspaniyanın Mülki Qvardiyasının əməkdaşları qəzaya düşmüş avtomobildən 1 milyon avro aşkar ediblər. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Uetor-de-Santilyan bələdiyyəsi ərazisində magistral yolda hərəkətdə olan 3 (ikisi kişi, biri qadın) Litva vətəndaşının olduğu avtomobil idarəetmədən çıxaraq yol kənarına düşüb.

İnsidentin baş verdiyi yerə Mülki Qvardiyanın əməkdaşları gəlib. Alkotesterdən keçirilən sürücünün narkotik maddə və içki qəbul etdiyi məlum olub.

Qəza iştirakçıları xəstəxanaya aparılıblar. Lakin onların xəsarətləri ciddi olmayıb.

Qranada Mülki Qvardiyasının mətbuat xidmətindən bildirilib ki, maşın Mülki Qvardiyanın komandanlıq bürosuna gətirilib: “Biz pulu burada aşkarladıq. İndi bizə 1 milyon avronun haradan gəldiyini tapmaq qalır”.

Bir sıra ispan mətbuatı yazır ki, litvalılar pulun onlara aid olmadığını bildiriblər.

Ancaq istintaqın gizli aparılmasını nəzərə alan mənbə bu məlumatı təsdiqləməyib.

Əgər pulun qeyri-qanuni olması sübut edilərsə, litvalılar çirkli pulların yuyulması ittihamı ilə üzləşə bilərlər və onlar külli miqdarda pulu ölkəyə icazəsiz keçirdiklərinə görə cərimələnəcəklər.

İspan qanunlarına görə, icazə almadan 100 min avro ölkədən çıxarmaq olar, kənardan isə 10 min gətirmək mümkündür.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh