Bakıda tələbələr arasında ölümlə nəticələnən davanın ŞOK görüntüləri - VİDEO
Gündəm 15 May 2019 16:00 5416 dəfə oxunub
Bakıda tələbələr arasında ölümlə nəticələnən davanın ŞOK görüntüləri - VİDEO
Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb

Bakıda tələbələr arasında baş vermiş ölümlə nəticələnən davanın videosu yayılıb. Avtosfer.az azxəbər.com-a istinadən məlumat verir ki,  dünən Nərimanov rayonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı huşunu itirib və yıxılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin məlumatlara görə, Q.Əsgərov epilepsiya xəstəsi olub. Onun bədənində heç bir xəsarət olmayıb. İnsidentlə əlaqədar bir şəxs saxlanılıb. 

Həmin şəxsin ölən şəxslə dalaşdığı, ancaq döyülməsinə baxmayaraq mərhuma faktiki bir xəsarət yetirmədiyi görünür. Q.Əsgərov yıxılarkən də ona ilk köməyə qaçan o olduğu kadrlardan aydın seçilir. 

Faktla bağlı Nərimanov rayonu 18-ci Polis Bölməsində araşdırmalara başlanılıb.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh