Qubada yol tikintisinə 20 milyon manat ayırılıb
Gündəm 15 May 2019 19:52 289 dəfə oxunub
Qubada yol tikintisinə 20 milyon manat ayırılıb
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh