Avtosfer.az | Reklam
ABŞ HHQ-nin qırıcı təyyarəsi Yaponiyada quşla toqquşub
Qəzalar 15 May 2019 20:11 200 dəfə oxunub
ABŞ HHQ-nin qırıcı təyyarəsi Yaponiyada quşla toqquşub
Təyyarəyə azı 2 milyon ABŞ dolları məbləğində zərər dəyib

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) qısa məsafli uçuş üçün nəzərdə tutulmuş və şaquli eniş həyata keçirən "F-35B" hərbi təyyarəsi Yaponiyanın Yamaquti prefekturasında yerləşən İvakuni bazasından uçuş zamanı quşla toqquşub. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" TASS-a istinadən xəbər verir. Pilotlar dərhal uçuşu dayandırıb, hadisə nəticəsində heç kim xəsarət almayıb. Buna baxmayaraq, ABŞ komandanlığı hadisəyə ən təhlükəli "A" səviyyəsini verib. Bu isə o deməkdir ki, təyyarəyə azı 2 milyon ABŞ dolları məbləğində zərər dəyib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh