Avtosfer.az | Reklam
Hibrid avtomobillər: real qənaət, yoxsa lazımsız xərc? – ARAŞDIRMA
Avtodünya 15 May 2019 20:33 405 dəfə oxunub
Hibrid avtomobillər: real qənaət, yoxsa lazımsız xərc? – ARAŞDIRMA
Azərbaycanda hibrid avromobillərə maraq necədir?

Avtomobillərin atmosferə buraxdığı zəhərli maddələr ekologiyanı korlamaqla yanaşı insan sağlamlığı üçün də ciddi təhlükə hesab olunur. Belə ki, bu tip maddələr insan orqanizmində bir çox xəstəliklərin ortaya çıxmasına zəmin yaradır. Bu səbəbdən Avropa ölkələri, Yaponiya, ABŞ və digər dövlətlər atmosferə zərər verməyən elektromobil və hibrid avtomobillərin istehsalını həyata keçirməyi qərara alıb. Təqribən 20 il bundan əvvəl ilk olaraq Yaponiya şirkəti hibrid avtomobillərin istehsalına başlayıb. Hazırda isə dünyanın bütün məşhur avtomobil markaları elektromobil və hibrid avtomobillərin istehsalına geniş yer ayırır. Azərbaycanda isə bir çox insan hələ ki, hibrid avtomobillərin üstünlüklərindən və işləmə mexanizmindən xəbərsizdir.

Hibrid və elektromobil - real qənaət, yoxsa lazımsız xərc? - ARAŞDIRMA

HİBRİDLƏRİN ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?

Avtosfer.az xəbər verir ki, avtomobil üzrə ekspert Eldəniz Cəfərov "Finans.az"a açıqlamasında bildirib ki, hibrid avtomobillərə texniki qulluq çox ucuz başa gəlir: "Bu avtomobillərdə həm yanacağa, həm də mühərrikin yağına qənaət edilir. Daha əvvəl Azərbatcanda hibridlərin rəsmi servis xidməti tam qurulmamışdı. Həm ehtiyyat hissəsi, həm də usta məsələsində problem yaşanırdı. Ona görə də insanlar bu avtomobilləri almağa ehtiyat edirdilər. Sonra ölkəmizdəki rəsmi dilerlər öz əməkdaşlarını xaricə təlimlərə göndərdilər, ordan da bura mütəxəssislər dəvət etdilər və hibridlə bağlı problemlər ortadan qaldırıldı. Artıq Azərbaycanda hibrid avtomobillərin servis xidməti problemli deyil. Rəsmi servislər bu avtomobillərin keyfiyyətinə, təmirinə zəmanət verirlər. Bu isə o deməkdir ki, Azərbaycanda artıq hibrid avtomobillər üçün tam olaraq servis xidməti təşkil olunur. Servislərdə bütün ehtiyyat hissələrini tapmaq mümkündür".

AZƏRBAYCANDA HİBRİD AVROMOBİLLƏRƏ MARAQ NECƏDİR?

Ekspertin sözlərinə görə, Azərbaycana ilk gətirilən hibrid avtomobil “Lexus” modelidir: "Hibrid avtomobillərin ekologiyaya və insan sağlamlığına zərər verməməsinə baxmayaraq tətbiq olunan gömrük rüsumları və aksiz vergisinin ənənəvi yanacaqla çalışan avtomobillərlə eyni olması onların Azərbaycana idxalını zəiflədir. Düşünürəm ki, bu avtomobillərə tətbiq edilən gömrük rüsumları azaldılmalı, aksiz vergisi isə ümumiyyətlə ləğv edilməlidir. Çünki bu avtomobillər atmosferə az zəzər verir. Bundan əlavə avtokreditləşmənin faizini azaltmaq lazımdır. Azərbaycanda avtomobillərlə bağlı bank faizləri çox yüksəkdir. İnsanların təzə avtomobillərdən istifadə etməsi üçün kredit şərtləri yumşaldılmalıdır. İlkin ödəniş 40%-dən 20%-ə düşməli, illik faiz də heç olmasa 9-10%-ə endirilməlidir. Belə olan təqdirdə vətəndaşlarımız atmosferə, insan sağlamlığına zərər verən köhnə maşınları almayacaqlar. Hazırda Azərbaycanda təxminən 1 milyon 300 min avtomobil var ki, bunun əksəriyyəti köhnə, yararsız avtomobillərdir", - deyə, ekspert əlavə edib.

Hibrid avtomobillər - real qənaət, yoxsa lazımsız xərc? - ARAŞDIRMA

HİBRİDLƏRLƏ YANACAĞA NƏ QƏDƏR QƏNAƏT EDƏ BİLƏRİK?

Müqayisə üçün qeyd edək ki, ənənəvi mühərriklə işləyən 2400 kub santimetr mühərrikli "Toyota RAV4" avtomobili 100 km-ə 10 l benzin sərf etdiyi halda, hibridlə işləyən 2500 kub santimetr mühərrikli "Toyota RAV4" 100 km-ə 4,5 l benzin sərf edir. Eyni zamanda benzinlə işləyən 1300 kub santimetr mühərrikli "Honda Civic" avtomobili 100 km-ə 7,1 l, hibridlə işləyən "Honda Civic" avtomobili isə 100 km-ə 5 l benzin istifadə edir. 1800 kub santimetr mühərrikli "Toyota Prius" modeli isə 100 km-ə 4,5-5 l yanacaq yandırır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh