Bakıda tıxacın qarşısını almaq üçün yeni LAYİHƏ - FOTO

Yeniliklər 16 May 2019 07:45 Oxunub 1612
Bakıda tıxacın qarşısını almaq üçün yeni LAYİHƏ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Neftçilər" prospektində tıxacın qarşısını almaq məqsədi ilə

Bakının "Neftçilər" prospektində nəqliyyat yükünü azaltmaq üçün yeni layihə təklif olunur.  Avtosfer.az anews.az-a istinadən bildirir ki, bu barədə Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev açılama verib. Onun sözlərinə görə, "Neftçilər" prospektində tıxacın qarşısını almaq üçün yeni layihə ən uğurlu seçim olar. "İlkin olaraq Bibiheybətdən Zığa qədər dəniz üzərindən körpünün tikintisi nəzərdə tutulurdu. Amma məncə, bu, vəziyyəti dəyişdirməyəcək. Məşhur qrafik dizayner Rəsul Həsən başqa layihə təklif edib. Azneft dairəsi yaxınlığından Yusif Səfərov küçəsinədək körpünün tikilməsi təklif edilir. Bu körpü, faktiki olaraq Neftçilər prospektinin başlanğıcı ilə sonunu birləşdirəcək. Bu da "Neftçilər" prospektində nəqliyyat sıxlığını aradan qaldıracaq, - deyə ekspert əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh