"Chrysler"lə qəza törədən gəncin məhkəməsi başlayıb
Gündəm 16 May 2019 13:33 183 dəfə oxunub
"Chrysler"lə qəza törədən gəncin məhkəməsi başlayıb
Məhkəmənin baxış iclası mayın 23-nə təyin edilib

Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Binnət Qədimovun cinayət işi üzrə məhkəməsi başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 23-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin dekabr ayının 27-də Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayonunun Qədimqala kənd sakini, 17 yaşlı B.Qədimovun idarə etdiyi "Daimler Chrysler" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, sürücünün avtomobildəki həmyaşıdı, İsrafil Etibar oğlu Ələsgərli hadisə yerində ölüb. Hadisə zamanı habelə sürücü və daha 2 nəfər - Qədimqala kənd sakinləri: 2001-ci il təvəllüdlü Minayə Minaxanova və 2001-ci il təvəllüdlü Göyçək Musazadə müxtəlif bədən xəsarətləri alıb. Hər 3 yaralı xəstəxanaya aparılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh