Gəncəçayın üzərindəki körpülərin bərpasına 6,4 milyon manat ayırıldı
Gündəm 16 May 2019 16:45 524 dəfə oxunub
Gəncəçayın üzərindəki körpülərin bərpasına 6,4 milyon manat ayırıldı
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev "Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamla Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə qeyd olunan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh