Əyləci xarab olan avtobus aləmi biri-birinə qatdı: 6 yaralı - VİDEO
Qəzalar 16 May 2019 17:32 751 dəfə oxunub
Əyləci xarab olan avtobus aləmi biri-birinə qatdı: 6 yaralı - VİDEO
Qəzaya görə yol 2 saatlıq nəqliyyatın hərəkətinə bağlanıb

İstanbulun İzmit rayonunda əyləci xarab olan avtobus kütləvi qəzaya səbəb olub. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident mayın 16-sı Cedit məhəlləsinin Qəzənfər Bilgə Bulvarında baş verib.

Yoxuş aşağı hərəkətdə olan avtobus anidən əyləcində yaranmış nasazlıq səbəbindən idarə etmədən çıxaraq qarşısında irəliləyən 7 avtomobilə dəyib.

Bu vaxt arxandan gələn iksi minik, biri yük maşınları sürətlərini tənzimləməyərək qarşıdakı 8 nəqliyyat vasitəsinə çırpılıb.

Ətrafda olan insanların xəbər verməsi ilə hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və səhiyyə briqadaları cəlb olunub.

Xilasedicilər avtomobillərdə sıxışmış vəziyyətdə qalan insanları olduqları yerdən xilas çıxarıblar.

Nəticəsində 6 nəfər xəsarət alıb və bir neçə nəfərə də ayaq üstə ilkin tibbi yadım göstərilib.

Qəzaya görə sözügedən ərazi təxminən 2 saatlıq nəqliyyatın hərəkətinə bağlanıb.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh