Baş Polis İdarəsindən sürücülərə müraciət – Belə olmaz - VİDEO
Qaydalar 17 May 2019 11:04 2881 dəfə oxunub
Baş Polis İdarəsindən sürücülərə müraciət – Belə olmaz - VİDEO
Əmlakınızı avtomobildə saxlamayın

Hər bir insan diqqətli və məsuliyyətli olmalıdır, əmlak – nəqliyyat vasitələrini cinayətkar qəsdlərdən mühafizəsinə həssas yanaşmalıdır. Avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən, salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meyilli şəxslərin diqqətindən yayınmır.

Bakı Şəhər Baş Polis İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, paytaxtda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqlar açıq qapıdan, açıq pəncərədən daxil olmaqla da törədilməsi müşahidə olunur. Viktimoloji vəziyyəti nəzərə alaraq, polis sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edir, “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – İlk növbədə sənin: Əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyir.

Çəkliş Bakı şəhər Baş Polis İdarəsinin sifarişi əsasında “Azəriprodkşn” studiyası tərəfindən aparılıb. Qisametrajlı filmin ssenari müəllifi polis mayoru Elşad Hacıyev, qurluşçu rejisoru Rövşən Nicat, operatoru Emin Hüseynovdur.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh