"Azsığorta" vətəndaşı çıxılmaz duruma salıb - FOTO

Xəbərlər 18 May 2019 15:30 Oxunub 1691
"Azsığorta" vətəndaşı çıxılmaz duruma salıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O maşınla xəstə anama, qan xəstəsi övladıma baxıram

Məhəmməd Məmmədov adlı oxucumuz  Avtofer.az- müraciət edərək probleminin ictimailəşməsini xahiş edib. Vətəndaş deyir ki, aprel ayının 27-də Binəqədi - Novxanı yolunda dükana girmək üçün yolun kənarında idarə etdiyi 90 VS 384 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilini saxlayıb. Bu zaman 90 VM 967 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil onun maşınını vurub. 
Hadisə yerinə sonuncunun avtomobilini icbari sığorta etdirdiyi "Azsığorta" şirkətinin əməkdaşları gəlib. 
Zarərçəkən kimi tanınan Məhəmməd o gün, bu gün get gələ düşüb. Sığorta şirkəti nə avtomobilə dəymiş ziyanı düz hesablayır, nə də pul ödəyir. İndi zərərçəkmiş pis durumda qalıb. "Həmin maşınla işləyib ailəmə, xəstə anama, n xəstəsi olan övladıma baxıram. İndi neçə vaxtdır ki, bu vəziyyətdə qalmışam. Şirkət isə mənə pul ödəmir. Ümid edirəm ki, aidiyyəti qurumlar mənim səsimi eşidib köməklik göstərəcək."

Məsələ ilə bağlı Avtosfer.az-ın e-mail ünvanına açıqlama göndərən şirkət bildirir ki, zərərçəkən Məmməd Məmmədov aprel ayında hadisə ilə bağlı bizə müraciət etmişdir.  Hadisə tərəfimizdən araşdırılaraq müvafiq sığorta əməliyyatları aparılmış,o cümlədən avtomobilinə hesablanmış zərər məbləğinin ödənilməsi və avtomobilinin təmir edilməsi təklif edilmiş, razılıq əldə edilərək Məmməd Məmmədova Azərbaycan Respublikası Mülki Məcəlləsinin və "İcbari sığortalar haqqında" Qanunla müəyyən edilmiş müddət ərzində sığorta ödənişi edilmişdir. Məmməd bəyin imzası ilə ödənişlə bağlı razılıq əldə olunmasını təsdiq edən sənəd də mövcuddur.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh