Diqqət! Bəzi yollar bağlanacaq
Gündəm 18 May 2019 19:15 192 dəfə oxunub
Diqqət! Bəzi yollar bağlanacaq
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanı yol qovşağından Mərdəkan yol qovşağına kimi üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, işlər axşam saatlarınadək davam edəcək.

Gecə saat 00:00-dan səhər saat 06:00-dək isə Bakı-Sumqayıt şosesinin Beynəlxalq Avtovağzal kompleksi qarşısından Xırdalan dairəsinədək olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh