Qaxda traktor aşdı: sürücü xəsarət alıb
Qəzalar 19 May 2019 17:26 209 dəfə oxunub
Qaxda traktor aşdı: sürücü xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Qaxda traktor aşıb, sürücü xəsarət alıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Xalatala kəndində baş verib. Kənd sakini, 1995-ci il təvəllüdlü Elnur Qürbət oğlu Abdulazadə “Belarus” markalı traktorla hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən traktor aşıb. Qəzadan sonra bədən xəsarəti alan E. Abdullazadə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsindən bildirlib ki, yaralı xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, müayinəsi aparılır. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh