Bakı-Sumqayıt yolunda tikilən keçid niyə yarımçıq qalıb? - Piyadalar təhlükədə - VİDEO

Avtoxəbər 19 May 2019 23:03 Oxunub 1239
Bakı-Sumqayıt yolunda tikilən keçid niyə yarımçıq qalıb? - Piyadalar təhlükədə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Problemdən xəbərdardırlar və yaxın günlərdə yolda yerüsdü piyada keçidinin inşasına başlanılacaq

Piyada keçidinin olmaması səbəbindən magistral yolda ölümlə nəticələnən qəzalar baş verir. Söhbət Bakı-Sumqayıt yolunun Abşeron rayonu Ceyranbatan qəsəbəsi istiqamətindən keçən hissəsindən gedir. Sakinlər yarımçıq qalan piyada keçidinin tezliklə tikilıb başa çatdırılmasını istəyir.

 

Avtosfer.az-ın məlumatına görə, həmin ərazidə avtomobillər sürətlə keçir, piyadalar isə məcburiyyətdən özlərini təhlükəyə ataraq yolun bir tərəfindən digər tərəfinə keçməli olurlar.

 

Sakinlərin sözlərinə görə, Bakı-Sumqayıt yolunun Abşeron rayonu Ceyranbatan qəsəbəsindən keçən hissəsində ''Bağlar'' adalanan ərazidə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələri tez-tez baş verir.

 

Magistral yolda bir müddət əvvəl yerüsdü piyada keçidinin inşasına başlanılıb. Lakin sonradan tikinti işləri yarımçıq dayandırılıb.

 

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, problemdən xəbərdardırlar və yaxın günlərdə yolda yerüsdü piyada keçidinin inşasına başlanılacaq.

 

Avtosfer.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh