Avtomobil saytlarında satılan ən bahalı və ən ucuz avtomobil hansıdır?

Avtobazar 20 May 2019 17:44 Oxunub 1795
Avtomobil saytlarında satılan ən bahalı və ən ucuz avtomobil hansıdır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu saytlarda ən bahalı avtomobil "Rolls-Royce Cullinan" avtomobilidir

Ölkədəki əksər avtomobil həvəskarları seçim edərkən ilk növbədə avtomobil alqı-satqısı saytlarına üz tuturlar. Avtosfer.az xəbər verir ki, "Finans.az" Azərbaycanın məhşur avtomobil saytlarında satışı elan olunmuş avtomobillərlə bağlı araşdırma aparıb. Müəyyən olub ki, bu saytlarda ən bahalı avtomobil "Rolls-Royce Cullinan" avtomobilidir. 6,5 L mühərrik həcminə sahib, buraxılış ili 2018-ci il olan bu avtomobilin satış qiyməti 994 500 manatdır. 

Ən ucuz avtomobil isə "Moskvich 2140" avtomobilidir. Avtomobil 1978-ci ildə istehsal olunub. Mühərrikinin həcmi 1,5 L, yürüşü 500 000 km, qiyməti 500 manatdır.

Ən qocaman

Ən "qocaman" avtomobilə gəldikdə isə, bu, 1958-ci ildə istehsal olunan "GAZ M-20 Pobeda" avtomobilidir. Mühərrikinin həcmi 2,0 L, yürüşü 28 000 km olan avtomobilin qiyməti 55 500 manatdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh