40 nəfərin olduğu avtobus divara çırpıldı: 19 yaralı
Qəzalar 20 May 2019 20:28 465 dəfə oxunub
40 nəfərin olduğu avtobus divara çırpıldı: 19 yaralı
Yaralılar xəstəxanaya yerləşdirilib

Slovakiyada 40 nəfərin olduğu avtobus yoldan çıxaraq bir kortejin divarına çırpılıb.

Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, insident mayın 20-si ölkənin şimal-şərqində yerləşən Jilina şəhərinin Zadubin rayonunda qeydə alınıb.

Uşaqların da olduğu qəzada 19 nəfər xəsarət alıb. Bu barədə Təcili Tibbi Yardım xidmətinin nümayəndəsi Katrina Naçiniyakov bildirib.

Naçiniyakovun sözlərinə görə, avtobusda məktəbdən və gimnaziyadan dərsdən sonra qayıdan şagirdlər olub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh