Büdcə təşkilatı biznes sinfinə aid xidməti avtomobil alır

Avtobazar 21 May 2019 13:41 Oxunub 2000
Büdcə təşkilatı biznes sinfinə aid xidməti avtomobil alır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 29 may 2019-cu il saat 16:00-a kimi qəbul olunur

Bir ədəd biznes sinfinə (Hyundai Sonata, KİA Optima, Wolksvagen Passat, Honda Accord) aid avtonəqliyyat vasitəsinin satın alınmasına dair “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” PHŞ kotirovkalar sorğusu elan edir. Avtosfer.az “Finans.az”a istinadən xəbər verir ki, kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 29 may 2019-cu il saat 16:00-a kimi qəbul olunur. Maraqlanan təşkilatlar (012) 598 16 53 (daxili 1176) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Ünvan: Bakı, Heydər Əliyev pr. 152 (Çinar Plaza, mərtəbə 14, AZ1029)

Xatırladaq ki, agentlik bir ədəd "Toyota Camry", "Toyota Corolla" və “Volkswagen Passat” markalı avtomobillərin 5 aylıq kirayəsinə 25 332 manat xərcləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh