Bakıda avtomobil piyadanı vurub qaçdı - ANBAAN VİDEO
Qəzalar 21 May 2019 20:44 1329 dəfə oxunub
Bakıda avtomobil piyadanı vurub qaçdı - ANBAAN VİDEO
Hadisə Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində baş verib

Bakının Nəsimi rayonunda avtomobilin piyadanı vurub qaçması kameraya düşüb. Görüntülər sosial şəbəkədə paylaşılıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində baş verib. Sola dönmə edən 90-OZ-401 markalı avtomobil piyadalar üçün nəzərdə tutulmuş keçiddən keçən qadını vurub və hadisə yerindən qaçıb. Videodan göründüyü kimi, qadın qolundan yüngül xəsarət alıb. Qeyd edək ki, sürücünü bu qayda pozuntusu səbəbindən Yol hərəkəti haqqında qanuna görə 3 bal, 60 manat cərimə cəzası gözləyir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh