Avtomobilini yandırıb özünü körpüdən atdı - VİDEO
Gündəm 22 May 2019 07:48 569 dəfə oxunub
Avtomobilini yandırıb özünü körpüdən atdı - VİDEO
Hadisənin baş vermə səbələri araşdırılır

İstanbulda sürücü əvvəlcə avtomobilini yandırıb sonrada özünü körpüdən aşağı atıb.

Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident mayın 21-i axşam saatlarında 15 iyul Şəhidlər Körpüsündə baş verib.

Əldə edilən məlumata görə, Anadolu yakasından Avropa yakası istiqamətinə irəliləyən B.K. adlı 46 yaşlı şəxs 15 iyul Şəhidlər Körpüsündə dayanarq avtomobilini yandırıb və digər tərəfə keçərək özünü körpüdən aşağı atıb.

Hadisəni görən vətəndaşlar səhiyyə, yanğınsöndürən və polis briqadalarına zəng vuraraq xəbər veriblər.

Daxil olan məlumata əsasən polis əməkdaşları Anadolu yakasından Avropa yakası istiqamətinə olan yolu nəqliyyatın hərəkətinə bağlayıblar.

Yanğınsöndürən briqadaları alova müdaxilə edərək yanğını söndürüblər.

Nəticədə avtomobil yararsız vəziyyətə düşüb. Sürücünün meyiti isə Dəniz Polisi və Dəniz Axtarış və Xilasetmə Birliyinin əməkdaşları tərəfindən sudan çıxarılıb.

Qəza yeri təmizləndikdən sonra yol nəqliyyatın hərəkətinə açılıb.

Hadisənin baş vermə səbələri araşdırılır.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh