20 yanvar dairəsində BİABIRÇILIQ: “1 manatlıqlar” problemi həllini tapmır

Avtoreyd 22 May 2019 09:58 Oxunub 1891
20 yanvar dairəsində BİABIRÇILIQ: “1 manatlıqlar” problemi həllini tapmır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksi sürücüləri dayanacaqları zəbt ediblər

Onsuz da hər zaman problemi ilə gündəmə gələn 20 yanvar dairəsindən növbəti şikayət var. Oxuculardan birinin göndərdiyi videodan da görünür ki, “Azərsu”nun qarşısındakı dayanacaq taksi sürücüləri tərəfindən zəbt edilib. Sərnişinlər avtobuslara minə bilmir. Həmçinin avtobuslar da məcbur olub ikinci, üçüncü sırada saxlayır. Bu da ərazidə tıxaca səbəb olur. Yolun bir hissəsini taksi sürücüləri onsuz da dayanacaq ediblər. Düz dayanacağın qarşısında isə düzünə, tərsinə dayanaraq hər kəsə maneə törədirlər. Burdan əsasən Sədərək ticarət mərkəzinə 1 manata işləyən taksilər dayanır.

Əvvəllər yol polisi dayanma-durmaya nəzarət edəndə heç olmasa polisi görüb qaçırdı. Amma indi yol polisinin gözünün önündə bu iyrənclik baş verir. BNA idə tam nəzarəti həyata keçirə bilmir. 

Ümid edirik ki, BNA və yol polisi birgə bu problemi həll edəcəklər. Ərazidə heç olmasa normal hərəkət üçün imkan yaranacaq. 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh