Kürdəmirdə gənc qızı avtomobil vurub
Qəzalar 22 May 2019 10:45 158 dəfə oxunub
Kürdəmirdə gənc qızı avtomobil vurub
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Atakişili kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 2000-ci il təvəllüdlü Anaxanım Anar qızı Əhmədovanı yolu qarşı tərəfə keçmək istəyən zaman "VAZ 21011" markalı avtomobil vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh