Sebastyan Fettel: "Monakoda bizim üçün çətin olacaq"

Yarışma 22 May 2019 14:26 Oxunub 1352
Sebastyan Fettel: "Monakoda bizim üçün çətin olacaq"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Monakoda bir çox şeyləri nəzərə almalıyıq"

"Monakoda bizim üçün çətin olacaq. Aşağı sürətli döngələrdə vaxt itirərək problemlərlə üzləşirik. Monakoda tras tamamilə belə yerlərdən ibarətdir". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu "Ferrari"nin pilotu Sebastyan Fettel Monako Qran-prisi barədə danışarkən deyib. Sürücü bildirib ki, bu yarışda pilotun bacarıqları nəticəyə təsir edəcək: "Bolidi düzgün tənzimləmək da vacibdir. Monakoda bir çox şeyləri nəzərə almalıyıq".

Qeyd edək ki, Sebastyan Fettel cari mövsüm üçüncü pillədən yuxarı yüksələ bilməyib. O, hazırda 64 xalla üçüncü sıradadır. "Mersedes"in pilotu Lüis Hemilton isə 112 xalla liderdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh