Yaxın günlərdə qatar Bakı kəndlərindən də keçəcək - VİDEO

Yeniliklər 22 May 2019 16:08 Oxunub 1353
Yaxın günlərdə qatar Bakı kəndlərindən də keçəcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Genişləndirmə işləri Bakı-Sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayı, Saray və Sumqayıt istiqamətlərini əhatə edəcək”

“Bakı sərnişin-Sabunçu dəmir yolu xəttinin sərnişinlərin istifadəsinə veriləcəyi tarix hələ müəyyənləşməyib. Hazırda qatarların hərəkət cədvəlinin tərtibi istiqamətində işlər gedir”. Avtosfer.az xəbər verir ki, bunu “Qafqazinfo”ya “Azərbaycan Dəmir Yolları” QSC-nin maşinist təlimatçısı Nazim Əmiraslanov deyib. O, bildirib ki, ötən gün Sabunçu, Bakıxanov və Keşlə dayanacaqlarının açılışı olub: “Ümumiyyətlə, gələcəkdə birbaşa Sabunçu stansiyasına qatarlarımız da işləyəcək. Yaxın günlərdə qatarlarımız Sabunçu-Zabrat-Pirşağı dairəvi yolla hərəkət edib Sumqayıt sərnişin stansiyasına da dairəvi işləyəcəklər. Bu xətlərdə də ikimərtəbəli sürətli “Stadler” qatarları istismar olunacaq.”

Qatarların stansiyaya çatma  vaxtına gəlincə isə N. Əmiraslanov qeyd edib ki, bu müddət cəmi 15 dəqiqə təşkil edəcək.  “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova da Sputnik.az-a bildirib ki, Bakı şəhərətrafı dəmiryol xəttinin ümumi uzunluğu 107 kilometrdir. Onun sözlərinə görə, dəmiryol xəttində 14 stansiya və dayanacaq olacaq: “Genişləndirmə işləri Bakı-Sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayı, Saray və Sumqayıt istiqamətlərini əhatə edəcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh