Qazla tormozun yerini səhv salan qadın sürücü marketə girdi - VİDEO

Avtosfer TV 22 May 2019 18:25 Oxunub 1770
Qazla tormozun yerini səhv salan qadın sürücü marketə girdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsident nəticəsində ölən və yaralanan olmasada mağazaya ciddi ziyan dəyib

İstanbulda pedalların yerini səhv salan qadın sürücü avtomobili ilə marketə daxil olub. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə keçdiyimiz həftənin Çərşənbə günü günorta saatlarında Bəylikdüzü rayonunda qeydə alınıb. Məlumata görə, qadın sürücü park edilmiş avtomobilini işə salaraq yol çıxmaq istəyib.

Lakin, pedalları dəyişik salan xanım sürücü anidən həyəcanlanaraq qaza basıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, 2 nəqliyyat vasitəsinin arasından səkinin üstündən keçən qadın yol kənarında yerləşən dükanın içərisinə girib.

Mağazanın içərsinə avtomobilin girməsi ilə nə baş verdiyini başa düşməyən dükan sahibi dəzgahın arxasına atlayaraq yaralanmaqdan xilas olub.

İnsident nəticəsində ölən və yaralanan olmasada mağazaya ciddi ziyan dəyib.

Şoka düşən qadın isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh