Yaşlı kişi avtobusda sürücü ilə dalaşdı - VİDEO

Avtosfer TV 22 May 2019 21:10 Oxunub 3753
Yaşlı kişi avtobusda sürücü ilə dalaşdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə gələn polislər kişini şöbəyə aparıblar

Çində enəcəyi dayanacaqda düşə bilməyən yaşlı kişi sürücü ilə dalaşıb. Avtosfer.az xəbər verir ki, insident ölkənin Henan əyalətində yerləşən Nanyang şəhərində baş verib. Avtobusun təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntülərədə, 60 yaşlarında olan bir kişinin ayağa qalxaraq açıq arxa qapıya doğru irəlilədiyi görülür.

Yaşlı kişinin enməyini gözləməyən sürücü qapıları bağlayaraq hərkətə davam edir.

Düşəcəyi dayanacaqda enə bilməyən kişi əsəbiləşərək sürücünün üstünə qışqırmağa başlayır. Sonra da sürücüyə tərəf gedərək onun yaxasından yapışır.

Bunu görən sərnişinlərin bir hissəsi həyəcanla onları izləyib, digərləri isə hadisəyə müdaxilə ediblər. Sərnişinlərin də köməkliyi ilə yaşlı kişi sakitləşdirilib.

Sürücü isə öz növbəsində polisə zəng vuraraq məlumat verib.

Hadisə yerinə gələn polislər kişini şöbəyə aparıblar.

Avtosfer.az DHA-ya istinadən baş verən hadisənin görüntülərini təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh