Büdcə təşkilatı 9 xidməti avtomobili birdən aldı

Avtobazar 23 May 2019 12:46 Oxunub 1526
Büdcə təşkilatı 9 xidməti avtomobili birdən aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Khazar LD" avtomobili son olaraq 18 000 manatdan, "Khazar SD" - 16 500 manatdan alınıb

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti 9 ədəd "Khazar" avtomobili alıb. Avtosfer.az "Finans.az"a istinadən xəbər verir ki, birbaşa satınalma müqaviləsi 13 mayda büdcə təşkilatı ilə "Azərmaş" MMC arasında bağlanıb.

Nəqliyyat vasitələrinin quruma neçəyə başa gəlməsi açıqlanmasa da dövlət satınalmaları yolu "Khazar LD" avtomobili son olaraq 18 000 manatdan, "Khazar SD" - 16 500 manatdan alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh