Yol hərəkəti haqqında yeni qanun qüvvəyə minib

Yeniliklər 23 May 2019 14:05 Oxunub 2401
Yol hərəkəti haqqında yeni qanun qüvvəyə minib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Eyni qayda xarici vətəndaşlara tətbiq olunmayacaq

Mayın 23-də Latviyada yol hərəkəti haqqında yeni qanun qüvvəyə minib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu gündən etibarən avtomobil idarə edən şəxslərin sürücülük və qeydiyyat vəsiqələrini özləri ilə daşımasına ehtiyac olmayacaq. Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin rəsmi məlumatında bildirilir ki, sürücünün özü ilə şəxsiyyətini təsdiq edən sənədi daşıması kifayətdir. Digər sənədlərin olmamasına görə tətbiq olunan cərimələr də qüvvədən düşmüş hesab ediləcək. Eyni qayda xarici vətəndaşlara tətbiq olunmayacaq. Onlar beynəlxalq normativlərə cavab verən sürücülük vəsiqələrini özləri ilə gəzdirməlidirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh