Müəllim şagirdlərə yol hərəkəti qaydalarını maraqlı üsulla izah edir - FOTO

Maraqlı 23 May 2019 17:00 Oxunub 2609
Müəllim şagirdlərə yol hərəkəti qaydalarını maraqlı üsulla izah edir  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şagirdlərin mövzunu daha yaxşı mənimsəməsi üçün

Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbin fizika müəllimi Elçin Abbasov məktəbdə “Həyat bilgisi” fənnini də tədris edir. Bu fənn interaktiv olduğu üçün şagirdlər tərəfindən daha da maraqlı qarşılanar. Avtosfer.az-ın xəbərinə görə, “Həyat bilgisi” fənnini daha yaxşı, yeni təlim metodları ilə tədris etməkdən ötrü Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutunda (TİPİİ) təlim keçmiş Elçin müəllim dərsi yeni təlim üsulları ilə təşkil edir. Elçin Abbasov həm də "STEM Azərbaycanda" layihəsində iştirak edən aktiv müəllimlərdəndi.

O, “Həyat bilgisi” dərslərini əsasən rollu oyunların, esse yazılarının, sinifdaxili yarışmaların təşkili ilə keçir. Həyat bilgisi əhatəli fənn olduğundan STEM üsulunu tətbiq etməklə də mükəmməl nəticələrə yol açmaq olur. E.Abbasovun sözlərinə görə, STEM üsullu dərslər əsasən qurma, yapma, mühəndislik bacarıqları üzərində qurulduğundan şagirdlərin marağına səbəb olur. Elçin müəllim, məktəbin 8-ci sinfində "Yol hərəkətinin nizamlanması" mövzusunu da STEM üsullu keçərək, şagirdlərin mühəndislik bacarığını üzə çıxarmış, yol nişanlarının maketini hazırlayan şagirdlər işlərini təqdim ediblər. Bu da şagirdlərin mövzunu daha yaxşı mənimsəmələrinə səbəb olub.

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh