Ronaldu Monakoda Hemiltonla görüşüb - VİDEO

Yarışma 24 May 2019 11:01 Oxunub 1535
Ronaldu Monakoda Hemiltonla görüşüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki məşhur idmançı bir-birilərinə "qardaş" deyə müraciət edib

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu "Formula 1" üzrə Monako Qran-prisinin paddokuna baş çəkib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, portuqaliyalı hücumçu "Mercedes"in britaniyalı pilotu Lüis Hemiltonla görüşüb. O, daha sonra pilotla birgə fotosunu şəxsı "Instagram"ında yerləşdirərək, bunları yazıb: "Səni görmək həmişə xoşdur".

Beşqat dünya çempionu isə "Görüşməyimiz xoş oldu" cavabını verib. Hər iki məşhur idmançı bir-birilərinə "qardaş" deyə müraciət edib.

Qeyd edək ki, Lüis Hemilton Monako Qran-prisindəki ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib. "Mercedes" pilotu komanda yoldaşı Valtteri Bottası 0,081 saniyə üstələyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh