Yelkənçilərimiz Fransada keçirləcək Avropa çempionatına hazırlaşır - FOTO
Yarışma 24 May 2019 14:06 515 dəfə oxunub
Yelkənçilərimiz Fransada keçirləcək Avropa çempionatına hazırlaşır - FOTO
Hazırlıq məşqlərində Yunanıstan, Malta, Bolqarıstan və Türkiyədən olan yelkənçilər də iştirak edəcək

Yelkənli İdman Federasiyasının “Optimist” sinfi üzrə yelkənçilərindən ibarət komandası Fransada “Optimist” sinfi üzrə keçiriləcək Avropa çempionatında iştirak edəcək. Çempionata hazırlıq məqsədilə yelkənçilər may ayının sonunda İzmirdə baş tutacaq məşqlərə qatılıacaq. Hazırlıq məşqlərində Yunanıstan, Malta, Bolqarıstan və Türkiyədən olan yelkənçilər də iştirak edəcək. Məşqlərə Beynəlxalq və Dünya Yelkəni üzrə məşqçi Vagelis Atzemian rəhbərlik edəcək.
Təlim – məşq düşərgəsində Azərbaycanı “Optimist” sinfi üzrə yelkənçilər Kristina Kərimova, Fidan Ağazadə, Səxavət Əzimov, Murad Hacı-Zadə, Timur Sıkaçevskiy, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız təmsil edəcəklər.
Qeyd edək ki, beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim – məşq düşərgələrində iştirak ediblər. Təlim – məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.
Təlim məşqlərin keçirilməsində Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı – ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir.
Xatırladaq ki, aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Optimist” sinfi üzrə 7 - 14 yaş uşaqlar, “Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etmək olub.

 

Fidan

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh