The Boring Company 48.7 milyon dollara yeraltı tunel inşa edəcək

Texnologiya 25 May 2019 15:57 Oxunub 1324
The Boring Company 48.7 milyon dollara yeraltı tunel inşa edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət tikinti işlərinə sentyabr ayında start verməli və 2020-ci ilin dekabr ayında başa çatdırmalıdır

Yeraltı tunellərin inşası ilə məşğul olan və Elon Musk-a məxsus olan The Boring Company şirkət özünü ilk kommersiya məqsədli müqaviləsini əldə edib. Beləliklə şirkət 48.7 milyon dollara Las Veqasda insanların daşınması üçün nəzərdə tutulacaq yeraltı tunel sistemini inşa edəcək. Bu barədə Bloomberg saytına istinadən Vc.ru saytı xəbər verib. Şirkət ilə sözügedən müqaviləni Las Vegas Convention Center (LVCC) bağlayıb. Bu, bir çox konfransların, sərgilərin, konsertlərin və s. kimi tədbirlərin keçirildiyi böyük kompleksdir. LVCC genişlənməyə davam edir və onun yeni obyektlərinin inşası 2021-ci ildə keçiriləcək CES 2021 sərgisinə kimi başa çatacaq.

Avtosfer.az technote.az-a istinadən bildirir ki, yeni obyektlərin inşasının başa çatmasından sonra LVCC kompleksinin müəyyən obyektlərinə kimi məsafə 3 km-dən çox təşkil edəcək. Elon Musk-ın şirkəti isə LVCC kompleksi daxilində insanların hərəkəti problemini həll etməlidir. Beləliklə The Boring Company şirkəti kompleksin bir neçə zalını birləşdirəcək yeraltı tunellər sistemini inşa edəcək. İnsanlar sözügedən tunellərdə Tesla Model 3 və Model X elektromobillərinin platformaları əsasında yaradılacaq pilotsuz nəqliyyat növü vasitəsilə hərəkət edəcəklər. Həmin nəqliyyat növü özündə 16 nəfərlik sərnişin yerini birləşdirəcək. Şirkət həmçinin binalardan biri ilə avtomobil dayanacağı arasında piyada tuneli, sərnişinlərin girişləri və çıxışları üçün 3 stansiya və lift sistemi inşa edəcək. Kompleksin ziyarətçiləri nəqliyyat növündən pulsuz istifadə edə biləcəklər. LVCC The Boring Company şirkətinə ödəməni layihə mərhələlərinin yerinə yetirilməsi üzrə pillə-pillə ödəyəcək. Ödənişin 100%-ni əldə etmək üçün şirkət hər saat 4400 ziyarətçinin tuneldən istifadəsini təmin etməlidir. Şirkət tikinti işlərinə sentyabr ayında start verməli və 2020-ci ilin dekabr ayında başa çatdırmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh