“Land Rover” TIR-a çırpıldı: 2 ölü - FOTO + VİDEO

Avtosfer TV 25 May 2019 17:05 Oxunub 1117
“Land Rover” TIR-a çırpıldı: 2 ölü - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Bursa vilayətində ağır yol qəzası baş verib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident Bursa-İzmir-İstanbul avtomagistralında qeydə alınıb.

Məlumata görə, İstanbuldan Bursaya gələn 34-MH-773 dövlət qeydiyyat nişanlı “Land Rover” markalı avtomobil, eyni istiqamətdə hərəkətdə olan TIR-a arxadan çırpılıb.

Çırpılmanın şiddətindən avtomobil parça-parça olub. Nəticədə “Land Rover”də olan 2 nəfər dünyasını dəyişib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, minik avtomobili olduqca sürətli idarə edilib.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh