Bakıda hərəkətdə olan avtomobilin təkəri çıxdı - FOTO

Avtosfer Foto 25 May 2019 17:47 Oxunub 1427
Bakıda hərəkətdə olan avtomobilin təkəri çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində prospektdə tıxac yaranıb

Bakıda qəza olub. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektinin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb. “Koroğlu” metro stansiyası istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin arxa sol təkəri qəfil çıxaraq əks istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı maşına dəyib. “Mercedes” markalı maşın isə yoldan çıxaraq beton səkiyə çırpılıb.

Hadisə nəticəsində yolda bir neçə avtomobil qəza vəziyyətinə düşüb.

Həmçinin qəza nəticəsində prospektdə tıxac yaranıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh