"Skoda" yenilənmiş "Superb" modelini təqdim edib - FOTO
Avtodünya 26 May 2019 01:24 387 dəfə oxunub
"Skoda" yenilənmiş "Superb" modelini təqdim edib - FOTO
Çex markası qoşulan hibrid və elektromobillərin daxil olacağı iV brendini də təsis edib

Bratislavada keçirilmiş bağlı tədbirdə Skoda şirkəti yenilənmiş Superb liftbek və universalını təqdim edib. Eyni zamanda, çex markası qoşulan hibrid və elektromobillərin daxil olacağı iV subbrendinin də təsis edildiyi barədə bəyanat verib. Yeni subbrendin ilk nüməyəndələri Superb iV və CİTİGOe iV elektrokarı olub. Yenilənmiş Skoda Superb cüzi şəkildə dəyişdirilmiş eksteryer dizaynına malik olub. Restaylinq keçmiş Superb başqa dizaynlı bamperlərə, irilənmiş radiator barmaqlığına və nazik formalı LED fənərlər sahib olub. Arxada fənərləri birləşdirən xrom zolaq və ənənəvi loqotipin əvəzləmiş Skoda yazıları peyda olub. Top versiya olan Laurin&Klement isə daha çox xroma, 18-düymlük «aerodinamik» təkər disklərinə, yolsuzluq Scout versiyası isə 15 millimetr artırılmış klirensə, plastikdən müdafiə qurşağına, 18-düymlük təkər disklərinə, yolsuzluq rejiminə və tam ötürməli çəkiş sisteminə sahib olub.


İlk dəfə olaraq Skoda Superb modelinin xəttində qoşulan hibrid versiya da peyda olub. Skoda Superb iV 156 at qüvvəli 1,4-litrlik TSI mühərriki, 115 at qüvvəli elektromühərrik, 13 kilovat-saatlıq batareya və 6-pilləli DSG «robotu» ilə təchiz edilir. Hibrid qurğunun ümumi hasilatı 218 at qüvvəsi və 400 Nm-dir. Elektrik ötürməsi ilə hibrid 55 kilometr qət edir. Onun yürüş ehtiyatı isə 850 kilometrdir. Batareyanı divarda asılan yükləmə modulundan 3,5 saata doldurmaq olar. Elektrik ötürməsi ilə hərəkət zamanı E-noise səs generatoru aktivləşir və ətrafdakıları avtomobilin yaxılaşdığı barədə xəbərdar edir.


Hibrid qurğudan başqa, Superb modelinin mühərrik çeşidinə üç dizel və iki benzin mühərriki daxil edilib. Dizel mühərrikləri 120 at qüvvəli 1,6-litrlik, 150 və 190 at qüvvəli  2,0-litrlik aqreqatlarla təmsil edilib. Benzin mühərrikləri 150 at qüvvəli 1,5-llitrlik və 272 at qüvvəli 2,0-litrlik TSI aqreqatlarından ibarətdir. Transmissiyalar 6-pilləli mexaniki qutu və 7-pilləli DSG «robotudur». Ən güclü benzin və dizel mühərrikləri isə yalnız DSG qutusu və tam ötürməli çəkiş sistemi ilə təchiz edilirlər.


Skoda Superb modelinin təchizat siyahısında matrisalı LED fənərlər də vardır. Bu fənərlər işıq dəstəsinin müəyyən seqmentlərini söndürə, hava şəraitinə uyğunlaşa və sahibinin yaxınlaşması və ya uzaqlaşması zamanı animasiyanı göstərə bilər. Bundan başqa, siyahıya naviqasiya və kameraların məlumatları əsasında yolun xarakterinə uyğunlaşan prediktiv kruiz-kontrol, trafiki hesaba alan Emergency Assist və avtomatik parklama sistemi daxil edilib.

Superb modelinin interyerindəki dəyişikliklər xrom dekordan və yeni tərtibat materiallarından ibarətdir. Superb liftbek və universalı virtual cihazlar paneli, 9,2-düymlük displeyi olan, səs komandaları və əl jestləri ilə  idarə edilən Columbus multimedia sistemi, smartfonların induksion doldurulması və Wi-Fi giriş nöqtəsi ilə təchiz edilir.

1,6-litrlik TDI mühərriki ilə təchiz edilmiş başlanğıc versiya istisna olmaqla, bütün Superb modellərini Sportline tərtibatı ilə sifariş etmək olar. Bu tərtibat klirensin 10 millimetr azaldılmasını, dəri və alkantara ilə örtülmüş idman oturacaqlarının mövcudluğunu, həmçinin yan sürətlənmə barədə məlumatı əks etdirən xüsusi Performance Monitor rejiminin olmasını nəzərdə tutur.

Ənənəvi mühərriklərə malik olan yenilənmiş Skoda Superb modelləri bu il satışa çıxarılacaqdırlar. Superb iV hibridi isə diler mərkəzlərində 2020-ci ilin əvvəlində peyda olacaqdırlar. Hibrid Ambition, style, Sportline və Laurin&Klement təchizat səviyyələrində təklif ediləcək.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh