“Hyundai” şirkəti Özbəkistanda elektromobil istehsal edəcək

Avtoxəbər 26 May 2019 21:37 Oxunub 1276
“Hyundai” şirkəti Özbəkistanda elektromobil istehsal edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunun nəticəsində 1000 iş yeri açılacaq

Cənubi Koreyanın “Hyundai” şirkəti Özbəkistanın Kokand şəhərindəki Azad İqtisadi Zonada elektromobil istehsal edəcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, layihənin qiyməti 300 milyon dollardır. Zavodun tikintisinə 2021-ci ildə başlanacaq və konveyerdən ilk belə maşın 2023-cü ildə çıxacaq. Zavod tam gücü ilə işə düşdükdən sonra ildə 10 min elektromobil istehsal edilməsi nəzərdə tutulur. Bunun nəticəsində 1000 iş yeri açılacaq. “Hyundai” şirkəti Kokandda 1 tondan 50 tona qədər yük götürən maşınların, şəhərlərarası və turist avtobuslarının, həmçinin xüsusi nəqliyyat vasitələrinin istehsalına da başlamaq niyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh