Uçan taksi xidməti 2025-ci ilə qədər işə düşəcək

Texnologiya 27 May 2019 18:35 Oxunub 3136
Uçan taksi xidməti 2025-ci ilə qədər işə düşəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Smartfon vasitəsilə onlayn sifariş olunan hava taksilərinin qiymətinin isə münasib olacağı deyilir

Ötən həftə Almaniyanın "Lilium" aviasiya şirkəti beş nəfərlik elektrikli jet dizaynını təqdim edib. Avtosfer.az "Finans.az"a istinadən xəbər verir ki sözügedən jet test uçuşunu bu ayın əvvəlində uğurla tamamlayıb. Alman mətbuatının məlumatlarına görə bu elektrikli təyyarələr hava taksiləri kimi istifadə ediləcək. İlk mərhələdə müəyyən şəhərlərdə xidmət etməyə başlayacaq olan hava taksiləri 6 il ərzində istifadəyə hazır olacaq. Smartfon vasitəsilə onlayn sifariş olunan hava taksilərinin qiymətinin isə münasib olacağı deyilir.

Qeyd edək ki, hazırda "Uber" kimi böyük taksi şirkətləri uçan taksi şəbəkəsinin işə salınması üzərində çalışır və bu sahədə NASA ilə əməkdaşlıq edir. Lakin, "Lilium"un iddiasına görə, onlara məxsus hava taksiləri rəqiblərinə nisbətən daha uzun məsafədə səyahət etməyə imkan verəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh