Polis gənclərə həqiqəti izah edir - FOTO

Öyrənək 27 May 2019 15:03 Oxunub 3777
Polis gənclərə həqiqəti izah edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Mayın 24-də Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə kimya-bilogiya təmayüllü Respublika liseyində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən 25-ci PŞ-nin rəis müavini, polis baş leytenantı Mətin Qulubəyli müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb, şagirdlərə hüquq-muhafizə orqanlarının bu sahədə apardığı geniş mübarizə tədbirləri haqqında məlumatlar verib. 
Nizami RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova  insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib. Hər bir yeniyetməni, gənci narkomaniyaya yox deməyə çağırıb.
Qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində “ağ ölüm” ön sıralarda dayanır və bu bəla təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də ümumilikdə bəşəriyyətin gələcəyi üçün təhlükəyə çevrilə bilər.
40 saylı tam orta məktəbin psixoloqu Əsmər Talıbova narkomaniyaya qurşananların təhsilə, işə, ailəyə, dostlarına maraqlarını itirməsindən və özlərini cəmiyyətdən təcrid etmələrindən danışıb. Bildirib ki,yeni həyata qədəm qoyan yetkinlik yaşına çatmayanların maariflənməsində hüquq-mühafizə orqanlarının, məktəblərin, pedaqoji müəssisələrin, uşaq təşkilatlarının, kitabxanaların xüsusi rolu vardır. Məhz bu qurumların həyata keçirdikləri tədbirlər nəticəsində cəmiyyətdə baş verən hadisələrə obyektiv yanaşmaq üçün şagirdlərdə düzgün təsəvvür yaradılır.
Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov,  Nizami RPİ 25-ci PB-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin inspektoru, polis kapitanı Günay Qurbanova və başqaları çıxış ediblər. 
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh