Yol polisi reyd keçirib, xeyli sayda sürücü cərimələnib - FOTO

Avtoreyd 27 May 2019 15:22 Oxunub 2322
Yol polisi reyd keçirib, xeyli sayda sürücü cərimələnib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saxlanılan digər sürücülərə isə müvafiq tələblərə uyğun xəbərdarlıq edilib

Mingəçevirdə nəqliyyatda daşımalara nəzarətin gücləndirilməsi məqsədilə keçirilən reyd zamanı 150-dən çox maşın saxlanılıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, Dövlət Yol Polisi tərəfindən şəhərin Heydər Əliyev prospekti və ona bitişik küçələrdə reydin keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrində yük və sərnişin daşımaları üzrə hüquqi normativlərə və qaydalara riayət etməyən sürücülərin aşkarlanması olub. Həyata keçirilən tədbirlər nəticəsində yol polisi tərəfindən 150-dən çox avtomobil sürücüsü saxlanılaraq sənədlərə, sərnişin sıxlığına və yük daşıma qaydalarına, eləcə də sənədsiz daşımaların  mövcud olub olmamasına baxış keçirilib. Mingəçevir Dövlət Yol Polisi bölməsinin rəisi Cəmşid Abbasovun ONA-ya bildirib ki, reyd zamanı 43 qayda pozucusu haqqında inzibati protokollar tərtib olunub. Yük daşıma qaydalarını pozduğuna görə 4, sərnişindaşıma  qaydalarına riayət etmədiyi üçün 6, avtomobilini texniki baxışdan keçirməyən sürücülərə 4, xəttin tələbini pozan şəxslərə 12, tibbi-texniki müayinədən keçməyən 6 və digər qaydaları pozan 9 sürücü barəsində müvafiq hüquqi tədbirlər görülüb. Eyni zamanda sürücülük vəsiqəsi olmadan avtomobilin sükanı arxasında əyləşən iki sürücü müəyyən edilib. Qayda pozuntusuna yol verən bir sıra yük maşınları cərimə meydançasına göndərilib. Saxlanılan digər sürücülərə isə müvafiq tələblərə uyğun xəbərdarlıq edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh