Azərbaycana gətirilən oğurluq "Lexus-570" gömrükdə saxlanıldı - FOTO

Qaydalar 27 May 2019 16:44 Oxunub 4999
Azərbaycana gətirilən oğurluq "Lexus-570" gömrükdə saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtonəqliyyat vasitəsinin beynəlxalq axtarışda olduğu üzə çıxıb

Sənədlərdən və gömrük eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə edərək xarici ölkələrdən Azərbaycan ərazisinə nəqliyyat vasitələrinin gətirilməsi və satışının təşkil edilməsi barədə Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə əməliyyat məlumatı daxil olub. DGK-dən Avtosfer.az-a verilən məlumata görə, gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, 2009-cu il buraxılışlı, şassi nömrəsi "JTJHY00W104040870" olan "Lexus LX 570" markalı avtonəqliyyat vasitəsinin üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə doğurduğu üçün "Lexus Bakı Mərkəzi" MMC-ə məktubla müraciət edilib.

Yoxlama zamanı "Lexus LX 570" markalı avtonəqliyyat vasitəsinin beynəlxalq axtarışda olduğu, kompüter müayinəsindən sonra həmin nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri istehsalçı müdaxiləsi nəticəsində silindiyi, avtomobilə məxsus qanuni ban nömrənin "JTJHY00W204024709" olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh