Qoyuna zülm edən qəddar sürücü - FOTO

Avtosfer Foto 27 May 2019 22:05 Oxunub 1661
Qoyuna zülm edən qəddar sürücü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heyvana verdiyi zülmə görə onu daha böyük cəza gözləyir

Ağdaş rayonu ərazisində avtomobilin üst yük yerində qoyun aparan sürücü görüntülənib. Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaşlardan biri məlumat verib. Belə ki, 10 BV 515 dövlət nömrə nişanlı, Vaz 21 09 markalı avtomobilin sürücüsü heyvanı maşının üstünə bağlayıb. İstidən heyvan ölümcül vəziyyətə düşüb. Ağzından köpük gəlir. Vətəndaş sürücünü saxlayıb bu barədə iradını bildirsə də sürücü hətta ona əsəbiləşib. “Özüm bilərəm, sənə dəxili yoxdur” deyərək yoluna davam edib.

Ümid edirik ki, DYP bu sürücünü aşkarlayıb yükdaşıma qaydalarını pozduğuna görə, cəzalandıracaq. Amma heyvana verdiyi zülmə görə onu daha böyük cəza gözləyir. Fotoları təqdim edirik:

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh