Avtomobildən yola zibil atan sürücüləri siz də tanıyın - 90 FS 883 - VİDEO

Avtosfer TV 27 May 2019 22:15 Oxunub 1501
Avtomobildən yola zibil atan sürücüləri siz də tanıyın - 90 FS 883 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
40 manat məbləğində cərimə nəzərdə tutulub

Hər gün sosial şəbəkələrdə, KİV-də küçələri yaşlı qadınların təmizləməsinə narazılıq bildirilən fikirlərlə qarşılaşırıq. Hər birimiz küçələrin müasir üsullarla təmizlənməsini istəyərik. Amma indiki halda heç olmasa bacardıqca küçələri zibilləməməyə, təmiz saxlamağa çalışmalıyıq ki, heç olmasa həmin xanımların işi az olsun, daha tez işlərini bitirsinlər.

Amma təəssüf ki, hər gün piyada getdiyi halda əlindəki zibili, avtomobil idarə edərkən avtomobildə olan tullantını yola atanlarla rastlaşırıq. Avtosfer.az xəbər verir ki, 27 may tarixində Ziya Bünyadov prospektində hərəkətdə olan 90 FS 883 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobildə olanlar qısa zaman ərzində iki dəfə tullantını avtomobildən yola atıblar.

Xatırladaq ki, bu hala görə İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulub.


Videogörüntünü təqdim edirik.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh