Sürücü benzin töküb sərnişin avtobusunu yandırdı - VİDEO

Avtosfer TV 28 May 2019 18:26 Oxunub 1507
Sürücü benzin töküb sərnişin avtobusunu yandırdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis sürücünü yanan avtobusdan son anda xilas edib

İstanbulda sürücü avtobusu yandırıb. Avtosfer.az xəbər verir ki, insident Maltəpə rayonunun Bağdad küçəsində qeydə alınıb. Məlumata görə, Pendik-Kadıköy xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü əvvəlcə sərnişinləri dayanacaqda düşürüb. Daha sonra küçənin ortasında saxladığı avtobusa bilinməyən səbəblərdən benzin tökərək yandırıb. Bir anada alovlanan avtobusdan sürücünü polis son anda xilas edib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları müdaxilə edərək yanğını söndürüblər.

Yanan avtobusun görüntülərini isə ətrafdakı vətəndaş tərəfindən mobil telefonla qeydə alıb.

Sürücü polis tərəfindən şöbəyə aparılıb.

Bəzi vətəndaşlar yanğınla bağlı, “Biz bir anda avtobusun alovlandığını gördük. Yanğının hansı səbəbdən baş verdiyini bilmirik”, bəziləri də sürücünün nəqliyyat vasitəsinə benzin tökərək yandırdığını deyib.

Avtosfer.az İHA-ya istinadən baş verən yanğının kadrlarını təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh