İnsanlar ən çox bu avtomobilləri satın alırlar - SİYAHI

Avtobazar 28 May 2019 20:05 Oxunub 1920
İnsanlar ən çox bu avtomobilləri satın alırlar - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2018-ci ildə bütün dünyada 10 milyon 900 min ədəd "Volkswagen" markalı avtomobil satılıb

Ötən il dünyada ən çox satılan avtomobil markası "Volkswagen" olub. Avtosfer.az yeniavaz-a istinadən avtomobil şirkətlərinin illik maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə bütün dünyada 10 milyon 900 min ədəd "Volkswagen" markalı avtomobil satılıb. "Volkswagen"dan sonra dünyada ən çox satılıan avtomobil markası "Toyota" olub. İl ərzində alıcılara 10 milyon 600 min "Toyota" təqdim olunub. Bunlardan başqa ən çox satılan avtomobillərin ilk 10-luğuna aşağıdakı markalar daxil olub.

1. "Volkswagen" - 10,9 milyon

2. "Toyota" - 10,6 milyon

3. "General Motors" - 8,38 milyon

4. "Ford" - 6 milyon

5. "Nissan" - 5,52 milyon

6. "Honda"  - 5,32 milyon

7. "Fiat Chrysler" - 4,84 milyon

8. "Renault" - 3,88 milyon

9. PSA - 3,88 milyon

10. "Suzuki" - 3,33 milyon.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh