8 saylı sərnişin avtobusu 4 yaşlı oğlanı vurub öldürdü - VİDEO

Avtosfer TV 29 May 2019 18:25 Oxunub 1534
8 saylı sərnişin avtobusu 4 yaşlı oğlanı vurub öldürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza ilə bağlı araşdırmalara başlanılıb

Rusiyanın Anqarsk şəhərində 4 yaşlı oğlan valideynlərinin gözü qarşısında avtobusun altında qalaraq həyatını itirib. Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, insident Kominterna küçəsində səhər saatlarında baş verib.

Məlumata görə, ailə piyada üçün müəyyən olmayan yerdən yol keçmək istəyib. Bu anda saatda 40 kilometr sürətlə hərəkət edən şəhər içi 8 saylı sərnişin avtobusunun sürücüsü anidən yola balaca oğlanın çıxdığını görüb. Lakin, sürücünün əyləcə basmağa və ya qəzadan qaçmağa zamanı olmayıb və 4 yaşlı oğlan vurub. Oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh