İtlərin hürməsindən narahat olan sürücü heyifini kababçıdan çıxdı - VİDEO

Avtosfer TV 29 May 2019 21:15 Oxunub 2267
İtlərin hürməsindən narahat olan sürücü heyifini kababçıdan çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis baş verən hadisədən sonra avtobus sürücüsünü həbs edib

Türkiyənin Mərsin vilayətində mübahisə etdiyi qadına qarşı bir az mədəni olmasını bildirən kababçıya əsəbiləşən sürücü, avtobusu ilə dükana ziyan vurub.

Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident Toroslar rayonunun Güneykent məhəlləsində baş verib.

Məlumata görə, sərxoş olduğu deyilən V.D. adlı servis avtobusunun sürücüsü, itlərinin hürməsində narahat olaraq qadınla mübahisə etməyə başlayıb.

Mübahisə əsnasında, ətrafda kababçılıq edən Ömər Aşçı sürücüyə qadına qarşı bir az mədəni olması ilə bağlı xəbərdarlıq edib. Sürücü isə öz növbəsində kababçını itələyərək oradan gedib.

Bir müddət sonra mübahisə etdiyi yerə qayıdan V.D, avtobusunu Aşçının dükanına çırpmağa başlayıb.

Aşçı və işçiləri panikaya düşərək qaçıblar. Sürücü isə avtobusunu dəfələrlə mağazaya çırpmağa davam edib. Ətrafdakı vətəndaşların və işçilərin avtobusun qarşısına keçərək daş ataraq mane olmağa başlayıblar. Bundan sonra sürücü hadisə yerindən uzaqlaşıb.

Qəzada Aşçı qolundan xəsarətlər alıb. Dükana isə xeyli miqdarda maddi ziyan dəyib.

Polis baş verən hadisədən sonra avtobus sürücüsünü həbs edib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh